Ali Radanın damında Zelenski müəmması - Fotolar
Ukraynada Ali Radanın damına çıxan şəxsin ölkə prezidenti Vladimir Zelenskiyə bənzəməsi sosial şəbəkələri bir-birinə qatıb. “Qafqazinfo” xəbər verir ki, həmin insanın oraya hansı məqsədlə çıxması geniş müzakirəyə səbəb olub.
Bloqer Mixail Qolubun sosial şəbəkə hesabında yerləşdirdiyi həmin fotoda Ali Radanın damında gəzən şəxsin kostyumda olması və mobil telefondan istifadə etməsi şübhələri bir az da artırıb. Eyni zamanda, onun silueti Ukrayna liderinin siluetini xatırladır, hansı ki, ölkədə böyük selfi həvəskarı kimi də məşhurdur.
Maraqlıdır ki, bir qədər sonra həmin kişi yenidən damda peyda olub, amma bu dəfə tək yox. Kişi eyni yerdə naməlum qızla şəkil çəkdirib.
Binanın damına çıxan şəxsin kimliyi və mühafizəçilərin onu oraya hansı səbəbdən buraxması hələ də məlum deyil.


ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək