Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıb, 600-dan çox insan xəsarət alıb
Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə yerli “Top channel” telekanalı məlumat yayıb.
Albaniyanın səhiyyə və sosial müdafiə naziri Oqerta Manasturlu bildirib ki, zəlzələdən sonra ölkənin Tirana, Durresa, Krui və Leji şəhərlərindəki xəstəxanalara tibbi yardımla bağlı 600-dən çox insan müraciət edib.
Məlumata görə, ölənlərdən 2-nin meyiti Qolem rayonunda, biri yetkinlik yaşına çatmayan qız olmaqla 3 nəfərin meyiti Durresdə dağıntılar altından çıxarılıb. Tuman şəhərində 2 nəfər ölüb, 1 nəfər isə özünü eyvandan ataraq hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Bosniya və Hersoqovinada da 5,4 bal gücündə zəlzələ olub.
Şimali Makedoniya, Monteneqro, Serbiya və Kosovo rəhbərliyi xilasedicilər, texnika ilə yardım etməyə hazır olduqlarını bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Xərçəng”in əsas yaranma səbəbləri açıqlandı
Kim Kardaşyandan qəribə istək: "Məni belə torpağa basdırsınlar"
London məhkəməsi Zamirə Hacıyeva ilə bağlı qərar verdi
50 yaşlı qadın üçəm anası oldu
Rusiya Azərbaycanın iki kəndini Dağıstana köçürür - 6 milyon manat ayrıldı
Gülnarə Kərimova yoxa çıxıb - Vəkilindən açıqlama