09.07.2019 - 17:28
AKP Əli Babacanın partiyadan istefasına münasibət bildirib
Dünya 16 baxış

AKP Əli Babacanın partiyadan istefasına münasibət bildirib

AKP Əli Babacanın partiyadan istefasına münasibət bildiribTürkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Əli Babacanın partiya üzvlüyündən istefa verməsinə münasibət bildirib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, AKP sədrinin müavini Numan Kurtulmuş Ə. Babacanın partiyadan istefasına hörmətlə yanaşdıqlarını bildirib.

AKP-nin parlament və bələdiyyə seçkilərində qalib gəldiyini xatırladan sədr müavininin sözlərinə görə, siyasi partiya yaratmaq elə də asan məsələ deyil: “Əlbəttə, kim istəsə, partiya yarada bilər. Bu, Əli Babacanın seçdiyi yoldur və biz buna hörmətlə yanaşmalıyıq”.

N. Kurtulmuş qeyd edib ki, AKP-nin bugünkü uğurlarının arxasında adları açıqlanmayan xeyli sayda insan var və onlar bu uğurlarda böyük pay sahibidirlər: “AKP güclü şəkildə fəaliyyətini davam etdirir, ona görə də kiminsə sıralarımızdan ayrılmasının partiyaya zərər verməyəcəyi qənaətindəyəm”.

Qeyd edək ki, Ə. Babacan ötən gün AKP üzvlüyündən istefa verib. AKP-nin qurucularından olan Ə. Babacanın sabiq prezident Abdulla Güllə birlikdə siyasi partiya təsis edəcəyi gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: