26.11.2019 - 18:39
Maliyyə 37 baxış

“Airbus”un törəmə şirkətlərinin Azərbaycandakı filialları ləğv olunur

Avropanın təyyarə istehsalçısı “Airbus”un törəmələri olan “Airbus Ds Geo Sa” və “Airbus Defence And Space Sas” şirkətlərinin Azərbaycandakı filialları ləğv olunur.

“Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, sözügedən filiallar 2016-cı ildən fəaliyyət göstərir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: