Ailəsi vermədiyi üçün sevdiyi qızı yandırdı: Görüşüb maşına mindirdim... - FOTO
Bursada sevgilisini küçənin ortasında benzin tökərək yandıran Ümit Varol (31) azadlığa buraxılmasını tələb edib.
Onun Şengül Vatanseveri (35) adlı qadına görüşdən öncə 79 dəfə zəng etdiyi ortaya çıxıb.
Qadın aldığı yanıq xəsarətlərindən hadisə yerində can verib. Şübhəli sevgilisi isə qaçarkən maşını ilə qəzaya düşüb. Varol xəstəxanada müalicə olunduqdan sonra həbsxanaya salınıb.
Ümit ifadəsində “Şengül ilə gecə boyu telefonla danışdıq. Səhərə yaxın Kütahyadan Bursaya gəldim. Görüşüb maşına mindirdim. Yarım saat söhbət etdik. Ailəsinin evlənməyimizi istəmədiyi üçün qəzəbləndim. “Baqaj”da benzin var idi. Benzini qollarıma töküb yerə qoydum. Şengül də götürüb üstünə tökdü. Özümə zərər vermək məqsədi ilə qollarıma od vurdum. Qolum alovlanınca Şengülə od keçdi. Məqsədim özümü yandırıb öldürmək idi. İkimiz birlikdə yandıq. Azadlığa buraxılmağımı tələb edirəm” deyib.
milli.az





ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək