"Ailəmizdə 20-dən çox insan koronavirus səbəbindən reanimasiyadadı" - Həbib Nurməhəmmədov
Həbib Nurməhəmmədov atası Abdulmanap Nurməhəmmədovun koronavirusa yoluxduğunu və hazırda onun vəziyyətinin ağır olduğunu təsdiqləyib.
Fanat.Az xəbər verir ki, UFC çempionu instaqram canlı yayımında son baş verənlərlə bağlı izləyicilərinə müraciət edib:
“Ailəmizdə 20 nəfərdən çox adam koronavirus səbəbindən reanimasiya və intensiv terapiya şöbəsində müalicə alır. Mən təkcə yaxın qohumları qeyd etmişəm, bir o qədər də tanışlarımız xəstəlikdən əziyyət çəkir. Onların çoxu artıq dünyalarını dəyişib. Tanışlarımızın əksəriyyəti vəfat edib, qohumlarımızın bir qisminin valideynləri aramızda deyillər. Yaşlı adamlar xəstəliyi çox ağır keçirirlər. Biz – cavanların immuniteti güclüdü. Valideynlərinizi, babalarınızı, nənələrinizi və uşaqlarınızı düşünün.
İnternetdə atam haqda çox şey yazılıb. Atam hazırda xəstəxanadadı. Ötən il ürəyindən əməliyyat olunmuşdu. Koronavirus onun ürəyinə təsir edib. Bu yaxınlarda növbəti dəfə əməliyyata girməli oldu. Atamın vəziyyəti kritikdi. Allahdan onu bizə bağışlamasını istəyirik.
Yazanlara, dəstək verənlərə təşəkkür edirəm. Allah hamımıza kömək olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İtaliyada təyyarə yaşayış binasına çırpıldı: Altı nəfər həlak olub - VİDEO
"Nissan" 10 mindən çox işçisini ixtisar edəcək
Ayaq qıcolması: hansı xəstəliklərin əlamətidir? - Vacib məsləhətlər
“Eurovision”un 10 finalçısı bəlli oldu - Video
Özbəkistan prezidenti Azərbaycana gəlir
"Ermənistandakı çevrilişin arxasında ABŞ və İsrail durur"