Ağır atletika millisinin “komanda rəisi” Amerikada kazinoda - Foto
Minval.info// Ağır Atletika üzrə yeniyetmələrdən ibarət milli komandamız Amerikada keçirilən dünya birinciliyində iştirak edir.
Günpress.az-a daxil olan məlumata görə, yeniyetmələrin dünya birinciliyinin keçirildiyi ölkəyə milli komandanın rəisi kimi yollanan Oqtay Muxtarov fürsətdən istifadə edərək kazinoların birinə daxil olub. Bildirilir ki, o, qumar aparatlarından birinin qarşısında əyləşərək bir neçə dəfə “şansını sınayıb”.
Onu da qeyd edək ki, ağır atletika millisində “komanda rəisi” postu yoxdur. Həmçinin, o, Gənclər və İdman Nazirliyinin strukturundakı Uşaq-Gənclər İdman Məktəblərinin birində tədris hissə müdiri kimi çalışır və onun yığmada işləmək hüququ yoxdur.
Belə olan halda, O.Muxtarovun milli komanda ilə yarışın keçirildiyi ölkəyə yollanması sual doğurur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyəli aktrisa sevgilisinin İrandakı evində karantinə alındı - Fotolar
Suda boğulmaq təhlükəsi ilə üzləşənlərə belə yardım olunmalıdır - DİQQƏT!
Səhiyyə Nazirliyi meymun çiçəyi ilə bağlı məlumat yaydı

