Agentlik yoxlamalar aparır: Sahibkarları nə gözləyir? - VİDEO

Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən ölkədə yoxlama və nəzarət tədbirlərinin icrasına başlayacaq.
Minval.İnfo xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Mansur Piriyev deyir ki, agentliyin əsasnaməsinin tələblərindən irəli gələn məsələlərin həlli ilə bağlı olaraq, bu işlərə iyulun 1-dən başlanacaq:
“Agentlik mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb. Monitorinqlərin məqsədi odur ki, iyulun 1-nə qədər sahibkarları mövcud qanunverici baza ilə tanış edək, onların maariflənməsi üçün müəyyən məlumatları çatdıraq. Artıq 20-yə yaxın sahibkarlıq subyektlərində monitorinqlər olub. Bundan sonra onlara elektron qeydiyyat izah olunacaq. İyulun 1-dən isə həmin o subyektlərdə monitorinqlərdən əlavə olaraq məhsulların sertifikatlaşdırılması prosesinə başlanılacaq”.
Qida Təhlükəsizliyi Agentliyi Prezidentin fərmanına uyğun olaraq qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"