Ağ evin ətrafında 4 metr hündürlüyündə hasar çəkilir
ABŞ Prezidenti Donald Tramp təkcə Meksika ilə sərhəddə divar inşa etdirməklə kifayətlənməyib, habelə Ağ evin ətrafına 4 metr hündürlüyündə hasar çəkdirir. Pensilvaniya prospekti boyu turistlər üçün paytaxtın ən gözəl binalarından birinin mənzərəsini indi ağ rəngli hasarla örtüblər. Lakin dövlət başçısının iqamətgahı kənardan görünür. Estetik baxımdan 4 metrlik hasarın üzərinə ağ parça çəkilib və onun üzərində Ağ evin əvvəlki tarixi görkəmini bərpa etmək üçün hazırlanmış layihə əks olunub.
AZƏRTAC bildirir ki, Milli Park Xidmətinin saytında yerləşdirilmiş plana əsasən, hazırda hündürlüyü iki metr olan hasarı dörd metrə çatdıracaqlar. Yeni layihədə texnologiyanın nailiyyətlərindən istifadə etməklə mükəmməl mühafizə sistemi quraşdırılacaq.
Ağ evin yeni hasarının inşası üzrə icazə 2017-ci ildə federal hökumət tərəfindən ölkənin xüsusi xidmət orqanlarına verilib. Bu qərar Ağ evə icazəsiz daxil olmaqla bağlı bir neçə insidentdən sonra imzalanıb. Onlardan ən səs-küylüsü 2014-cü ilin sentyabrında ordu veteranı Omar Qonzalesin birbaşa Ağ evə soxulması olub. Bu ilin iyununda da mühafizə xidmətinin əməkdaşları iqamətgahın ərazisinə girmək istəyən şəxsi yaxalayıblar.
Qeyd olunur ki, tikinti işləri tədricən aparılacaq və 2021-ci ilin sonunadək davam edəcək. Köhnə hasarın hissələrini isə tarix muzeyinə göndərəcəklər. Ağ evin mövcud olduğu iki əsrdən çox müddətdə (onun tikintisinə 1792-ci ildə başlanıb) binanın forma və hasarı bir neçə dəfə dəyişdirilib. Tomas Ceffersonun prezidentliyi dövründə (1801-1809) hasar taxtadan düzəldilib, sonra onu daş, daha sonra metal çəpərlər əvəz edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaponiyada ilk dəfə “amansız isti gün” xəbərdarlığı verildi
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür