Afrikada 350 fil naməlum səbəbdən ölüb
Afrikanın Botsvana dövlətində 350 fil naməlum səbəbdən ölüb.
“Report” “Sky News”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın “National Park Rescue” Xeyriyyə Təşkilatının Təbiəti Mühafizə Xidmətinin direktoru Nayl Makkenn bildirib.
Onun sözlərinə görə, fillərin ölümü ilə bağlı ilk hadisə mayın 11-də qeydə alınıb: “İyunun ortalarında isə aşkarlanan fil cəsədlərinin sayı təxminən 170 olub. Bununla da son bir neçə həftədə onların sayı iki dəfə artaraq 350-yə çatıb”.
Yerli sakinlər zəifləyib, əldən düşən bir neçə fil gördüklərini deyiblər. Bu isə ölən fillərin sayının artacağını ehtimal etməyə əsas verir.
Havadan çəkilən fotolara əsasən, onların 70 faizi su hövzələrində ölüb. fillərin kütləvi ölüm səbəbi hələlik bilinmir.
Qeyd edək ki, Afrikadakı fillərinin 1/3-də biri Botsvana ərazisində yaşayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fəhlələr etiraz olaraq ətək geyindilər - FOTOLAR
İran benzin və dizel ixrac edəcək
ÜST-dən karantini bitirmək istəyən ölkələrə xəbərdarlıq!
ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
Şeyxin ölkədən qaçan arvadının sevgilisinin kimliyi üzə çıxdı – Foto
Zelenski yenə Kiyevi tərk etdi - SƏBƏB