Adriana Limanın türk sevgilisi həbs edilə bilər
Düşüncə gücü ilə müalicə və insan enerjisi mövzularında kitabların müəllifi türkiyəli Metin Haranın həbs edilmə təhlükəsi var.
Minval.info medicina.az-a istinadən bildirir ki, bir vətəndaş yazarın tibb təhsilinin təsdiq edən diplomunun olmadığı təqdirdə özünü həkim adlandırdığı üçün polisə şikayət edib.
Artıq məşhur yazarın haqqında araşdırmaya başlanılıb və ona aid olan ” İnsana Güven Eğitim Danışmanlık” adlı şirkətinin fəaliyyət icazəsi olmadığı aşkarlanıb. Şirkəti möhürlənən yazar haqqında araşdırmalar davam edir.
M.Hara isə bildirib ki, tibbi müayinə və müalicə etməyib. Sadəcə olaraq kitablarında fəlsəfədən danışıb.
Araşdırmalar onun qanunsuz həkimlik fəaliyyəti ilə məşğul olduğunu sübut edərsə, tanınmış yazarı həbs gözləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ