Adnan Oktar: “Kedicik”lərin müsəlman olduğunu göstərmək istədim”
Türkiyədə “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar məhkəmədə ifadə verib.
Həbsdə olan Adnan Oktar hakim qarşısına çıxıb. O, sualları cavablandırıb.
“Mehdisiniz?” sualına A.Oktar belə cavab verib: “Bunu deyən dindən çıxar. Ömür boyu belə bir iddiam olmayıb. Bunu deyən böyük günaha batar”.
Onun sahibi olduğu A9 TV-də efirdə A.Oktarın Mehdi olmasına eyham vurulmasına isə belə cavab verib:
“Mən peyğəmbər nəslindənəm, seyidəm. Bu bənzərlik bəlkə də 100 insanda ola bilər. Mehdi olsaydım, sarı cübbə geyinərdim.
A.Oktar “kedicik”lər barədə də danışıb. O, yanındakı qadınların sahib olduğu A9 TV-də efirə niyə çılpaq çıxmasına belə aydınlıq gətirib:
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
“Rəqs etməyi sevmirəm. Dekolteli, mini ətəkli qadınların da müsəlman olduğunu göstərmək istədim”.
Qeyd edək ki, ötən ilin iyul ayında Türkiyədə keçirilən terror əməliyyatı zamanı Adnan Oktar və 235 tərəfdarı həbs edilib.
BAKU.WS
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək