Acunun Ilıcalının kanalı Bakıda veriliş çəkdi
Türkiyənin TV8 kanalında yayımlanan “MasterChef Türkiyə” proqramı Azərbaycanda çəkilib.
Minval.info xəbər verir ki, Dövlət Turizm Agentliyinin baş sponsorluğu, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və təşkilatçılığı ilə bu gün Azərbaycan vaxtı ilə saat 21:00-da TV8 ekranlarında “MasterChef Türkiyə” proqramı yayımlanacaq.
Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Azərbaycan mətbəxini, sivilizasiyasını, memarlığını, şəhərlərini və incəsənətini təbliğ etmək məqsədi ilə təşkil edilən proqramda yarışmaçıların səyi ilə Azərbaycan yeməkləri hazırlanacaq.
Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç Şuşanın 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olmasından dolayı Azərbaycan sivilizasiyasını və turizm potensialını dünyaya tanıtmaq üçün “MasterChef Türkiyəni” Bakıya gətirdiklərini, Bakının simvollarını, mədəni mühitini və Şuşanı tanıtdıqlarını qeyd edib.
Dövlət Turizm Agentliyinə də təşəkkürünü bildirən Selçuk Karakılıç, “MasterChef Türkiyə”nin Bakıda çəkilişlərində və Azərbaycanın tanıdılmasında agentliyin böyük rolu olduğunu vurğulayıb.
Qeyd edək ki, “MasterChef Türkiyə” bu gün Azərbaycan vaxtı ilə saat 21:00-da TV8-də yayımlanacaq. Kanalın sahibi məşhur aparıcı-prodüser Acun Ilıcalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!