ABŞ səfirliyindən “Greencard”la bağlı XƏBƏRDARLIQ
ABŞ-ın Azərbaycandakı səfirliyi 2021-ci ilin “Greencard” viza proqramı ilə bağlı saxtakarlıqların edilməsi barədə xəbərdarlıq yayıb.
Oxu.Az-ın xəbərinə görə, səfirlik bildirib ki, “Greencard” ərizəçilərinə saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.
“Bu cür saxta elektron poçt və məktubların müəllifləri “Greencard” proqramının ərizəçilərindən ödəniş əldə etmək istəyirlər. Bunun üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər”, – deyə səfirliyin müraciətində qeyd olunub.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Bildirilib ki, bundan əlavə, yerli viza təşkilatları, “Greencard” proqramına daxil etmək məqsədi ilə şəxsi məlumatları vermək üçün müraciət edə bilərlər. Səfirlik bəyan edib ki, bu təşkilatlar yalnız öz maraqlarını güdür:
“ABŞ səfirliyi heç bir yerli “Greencard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir”.
ABŞ səfriliyi vurğulayıb ki, “Greencard” qazanmaq istəyənlər yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə, heç kimə ödəniş ödəmədən ərizələrini göndərə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək