ABŞ qadağan olunmuş “İskəndər”in analoqunu sınaqdan keçirdi
Nyu-Mexikoda “Ağ qum” təlim poliqonunda ABŞ ordusu üçün yeni “Precision Strike” (PrSM) “Yer-Yer” raketinin ilk sınaq uçuşları keçirilib.
Lenta.ru-nun məlumatına görə, bu barədə “Lockheed Martin” şirkəti xəbər yayıb.
Silah ABŞ tərəfinin “Qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilə” ilə qadağan olunmuş saydıqları Rusiyanın “İskəndər” kompleksinin analoqudur.
ABŞ korporasiyası qeyd edib ki, buraxılış “High Mobility Artillery Rocket System” (HIMARS) qurğusu ilə 240 kilometr məsafə üçün keçirilib. Testlər zamanı, xüsusən uçuş yolu və hədəfə vurulma dəqiqliyi izlənilib.
“Defense News”un məlumatına görə, hazırda PrSM-in maksimal məsafəsi 499 kilometrə bərabərdir, lakin ABŞ və Rusiya raketlərin ləğvinə dair sözügedən müqavilədə məsuliyyət daşımadıqları üçün bu rəqəm 550 kilometrə çatdırıla bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır