ABŞ kəşfiyyatı bilir ki, İrana qarşı müharibə başlayarsa... - Xəbərdarlıq
İranla müharibə başlanacağı halda, Donald Tramp növbəti seçkiləri uduzacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Livanın “Hizbullah” təşkilatının lideri Həsən Həsrullah “Qüds Günü” ilə bağlı keçirilən tədbirdə bildirib.
“Əgər ABŞ İrana qarşı müharibəyə başlayarsa, neftin qiymətləri ağlasığmaz olacaq və Tramp Amerika seçkilərini uduzacaq. Müharibə halında ABŞ-ın bütün gücləri və maraqları zərər çəkəcək”, – o deyib.
Nəsrullahın sözlərinə görə, Amerika kəşfiyyatı bilir ki, İranla müharibə bütün regionu atəş halqasına sürükləyəcək və onun sərhədlərindən kənara çıxacaq.
“İran və Amerika arasında müharibə ilkin şərtlərdən uzaqlaşıb, çünki İran, Venesuela və Koreya Xalq Demokratik Respublikası ilə iqtisadi müharibə Trampın prioritetidir. Bütün göstəricilər onu göstəririr ki, müharibə ilkin şərtlərdən uzaqlaşıb, çünki Tramp bilir ki, müharibə çoxlu maliyyə və insan itkilərinə gətirib çıxaracaq”, – “Hizbullah” lideri əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək