ABŞ İraqdan 23 il sonra tamamilə çəkildi
İraq hökumətindən yüksək səviyyəli bir rəsmi, ABŞ ordusunun ölkədən tamamilə çəkildiyini açıqlayıb. Alman Xəbər Agentliyinə (dpa) müsahibə verən bu rəsmi, bütün ABŞ döyüş birlikləri və logistik dəstək qüvvələrinin İraqdan ayrıldığını bildirib.
Vaşinqtonun mövqeyi gözlənilir
Minval.info xəbər verir ki, İraq hökumətinin bu açıqlamasından sonra diqqətlər Vaşinqtondadır. ABŞ rəhbərliyi, 28 sentyabr tarixinə qədər çəkilmə əməliyyatının rəsmi olaraq tamamlandığını hələ təsdiqləməyib.
İraq ilə ABŞ arasında 2024-cü ildə Amerika əsgərlərinin ölkədən çəkilməsi ilə bağlı razılaşma əldə olunmuşdu. Pentagonun məlumatına görə, son illərdə İraqda təxminən 2 min 500 ABŞ əsgəri yerləşdirilmişdi.
Avropa liderləri qeyri-rəsmi toplantıda süni intellekt və Ukraynanı müzakirə edir
Çəkilməzdən əvvəl ABŞ qüvvələri Erbildə, Bağdad Hava Limanı yaxınlığındakı bir bazada və paytaxtdakı Yaşıl Zona kimi tanınan ərazidə yerləşirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?