ABŞ-ın ən varlı ailələri zənginliyə görə verginin artırılmasını tələb edir
“Bizə qoyulan verigləri artırın”
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, belə bir çağırışla ABŞ-ın 20-ə yaxın ən varlı ailəsi bütün prezidentliyə namizədlərə müraciət edib.
Onlar Ağ Evin sahibi olmaq istəyən siyasətçilərdən iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün zənginlərə ən yüksək vergilərin tətbiq olunmasını istəyiblər.
“Birləşmiş Ştatlar üzərində bizim sərvətlərimizə vergi qoyulması kimi mənəvi, əxlaqi və iqtisadi məsualiyyət daşıyır”,-deyə içlərində Corc Soros, “Facebook”un həmtəsisçisi Kriz Hyuz, Uolt Disney ailəsi və Hyatt otellərinin sahibləri kimi tanınmış simaların olduğu müraciətə imza atanların bəyanatında deyilir.
“Zənginliyə vergi qoyulması iqlim böhranını aradan qaldırmağa, iqtisadiyyatı gücləndirməyə, səhiyyə göstəricilərini yaxşılaşdırmağa, yeni imkanlar açmağa, habelə demokratik azadlıqları möhkəmləndirməyə kömək göstərəcək. Vergilərin artırılması respublikamızın da maraqlarına uyğundur”,-deyə sənəddə qeyd olunur.
Bəyanatda milyarder Uorren Baffetin “öz katibindən daha az vergi ödədəyi” barədə sözləri xatırladılıb.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Onlar şəxsi sayısı 75 mindən çox olan və sərvəti 70 milyon dolları ötənlərə vergilərin artırılmasını təklif edən demokrat senator və prezidentliyə namizəd Elizabet Uorrenin təşəbbüsünü alqışladıqlarını bildiriblər.
Bəhs olunan bəyanat 11 ailəni təmsil edən 18 nümayəndə və adının gilzi qalmasını istəyən bir şəxs tərəfindən imzalanıb.
İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının məlumatlarına əsasən, 40 ölkə arasında ABŞ şəxsi sərvətin toplanması planında 6-cı sırada gəlir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək