ABŞ hərbçiləri Somalidə 10 silahlını məhv ediblər
ABŞ hərbçiləri Somalinin cənubunda “Əş Şabab” radikal qruplaşmasının 10 silahlısını məhv ediblər.
Bu barədə Bizimyol.info “Report”a istinadən xəbər verir.
Bildirilir ki, silahlılar partlayıcı maddə ilə yüklənmiş yük maşınlarında düşərgəyə daxil olublar və atışma başlayıb. Atışma zamanı Amerika hərbçiləri 10 silahlını məhv ediblər.
“Bu hücuma cavab olaraq və özünümüdafiə üçün Afrikadakı Amerika komandanlığı “Əş-Şabab” terrorçularına qarşı iki hava zərbəsi endirib, atıcı silahdan atəş açıb. Amerika hərbçilərinin və onların partnyorlarının hesablamalarına görə, 10 terrorçu öldürülüb, hücumda iştirak etmiş 1 nəqliyyat vasitəsi məhv edilib”, – deyə ABŞ-ın komandanlığı bildirib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
“Aş-Şabab” hücuma görə məsuliyyəti üzərinə götürüb.
Qeyd edək ki, partlayıcı yüklənən avtomobil hərbi bazanın giriş qapısında partladılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
