ABŞ Fransa məhsullarına 100 faizlik gömrük vergisi tətbiq edəcək
Amerika Birləşmiş Ştatları Ticarət Nümayəndəliyi Fransanın Amerika texnologiya firmalarına rəqəmsal xidmət vergisi gətirməsinə qarşılıq verməyi və bu ölkədən idxal edilən 2,4 milyard dollar dəyərindəki məhsula 100 faizə çatan gömrük vergisi gətirməyi düşündüklərini açıqlayıb.
ABŞ Ticarət nümayəndəsi Robert Laythayzer verdiyi açıqlamada Fransanın bəzi Amerika texnologiya firmalarına gətirdiyi rəqəmsal xidmət vergisinin bu firmalara haqsızlıq olduğuna qərar verdiklərini açıqlayıb.
Laythayzer bu addıma qarşılıq verərək, Fransadan idxal edilən 2,4 milyard dollarlıq şampan, şərab, əl çantası, pendir və bəzi digər məhsullara 100 faizə çatan gömrük vergisi gətirməyi düşündüklərini və 6-7 yanvar tarixlərində mövzuyla əlaqədar iclaslar təşkil edəcəklərini ifadə edib.
Fransada vergidən təsirlənən şirkətlər arasında “Google”, Feysbuk, “Apple” və “Amazon” kimi texnologiya şirkətləri var.
ABŞ Fransanın tətbiq etdiyi verginin beynəlxalq vergi siyasətinə uyğun olmadığını iddia edib və ABŞ şirkətlərinə haqsız vergi gətirdiyinə görə istintaq başladıb. (Qazet.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türk Hava Yollarında yeni xidmət – Uşaqların girişi QADAĞAN EDİLİR
Zəlzələ anında canını heçə sayan işçiyə müdir belə jest etdi - VİDEO
Zelenski NATO və G7-nin zirvə görüşlərində onlayn iştirak edəcək
ABŞ Türkiyə ilə razılaşmadı: yeni sanksiyalar...
İmmuniteti gücləndirir, xərçəng riskini azaldır
"Oyananda çılpaq idim" - Ev sahibəsinə qarşı İYRƏNC ƏMƏL
İki yaşlı uşaq atasını həbs etdirdi