ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
ABŞ Ticarət Nazirliyi Ermənistan da daxil olmaqla bir neçə ölkənin özəl qurumlarına sanksiya tətbiq edib.
APA-nın məlumatına görə, Ermənistanda fəaliyyət göstərən “Markel” QSC və “Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu” QSC də sanksiya siyahısına daxil edilib.
“Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu” QSC Ticarət Nəzarət Siyahısına daxil olan maddələri ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Departamentinin lisenziyası olmadan əldə edərək ixrac edib. Eyni anda həm “Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu” QSC-nin icraçı direktoru, həm də “Markel” QSC-nin prezidenti olan şəxs sanksiyalar siyahısında olan İran təşkilatı ilə işgüzar münasibətlər qurub”, – deyə sənəddə qeyd olunur..
Ümumilikdə, ABŞ Ticarət Nazirliyi “milli təhlükəsizliyə və ya xarici siyasət maraqlarına zidd hərəkət edən” 17 müəssisəyə sanksiya tətbiq edib.
Bu müəssisələr Ermənistan, Belçika, Kanada, Çin, Gürcüstan, Honkonq, Malayziya, Niderland, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyada yerləşir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək