ABŞ-da qadın vulkanın kraterinə düşən ərini xilas etdi
ABŞ-da qadın vulkanın kraterinə yıxılan ərini xilas edib.
“Lenta.ru” xəbər verir ki, hadisə Karib adalarından Sent-Kitsdə baş verib.
Yeni evlənmiş Kleyn və Akeymi Çasteyn cütlüyü “bal ayı” üçün Karib adalarına yollanıblar.
Cütlük qonşu adada görünən sönmüş Lyamiuqa vulkanına getməyi qərara alıblar.
Hündürə qalxarkən ipi qırılan Kleyn 15 metr dərinliyindəki vulkanın kraterinə yuvarlanıb.
Kraterdə olan sıx bitki örtüyü onun sürətlə yerə dəyib ölməsinə əngəl olsa da, kişi kəllə və qabırğa sümüyünün qırılmasından xilas ola bilməyib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ərinin yıxıldığını görən və ardınca kraterə enən Akeymi özünü itirməyib.
Kleyn onun köməyi ilə telefon dalğası tutan bir yerə çıxıb və ardınca xilasediciləri çağıraraq təhlükədən xilas olublar.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək