ABŞ Avropadan minlərlə əsgərini geri çəkir: Təhlükəsizlik təhdidi artır
ABŞ hökumətinin Avropadakı hərbi varlığını tədricən azaltmaq planları və Vaşinqton ilə Moskva arasında diplomatik əlaqələrin artması, Qərb paytaxtlarında təhlükəsizlik narahatlıqlarını artırır. “Hürriyet”in məlumatına görə, Vaşinqton 5.000 nəfərlik qüvvəyə əlavə olaraq Avropadan 25 min əsgər daha geri çəkməyi planlaşdırır. Hətta bu sayın 40 minə çatacağı da iddia edilir.
Minval.info xəbər verir ki, Ukraynanın Lıman xəttində tank birlikləri ilə irəliləməsi, Moskva istiqamətində PUA hücumlarının artması və Rusiya Prezidenti Vladimir Putinin yüz minlərlə yeni əsgəri silah altına almağa hazırlaşdığı bir dövrdə bu qərar strateji qeyri-müəyyənlik yaradır.
ABŞ Prezidenti Donald Trampın rəhbərliyindəki hökumətin bu addımı Moskvanı danışıqlar masasına çəkmək üçün istifadə etdiyi dəyərləndirilir. ABŞ-ın Xüsusi Nümayəndəsi Stiv Vitkoff və Trampın baş müşaviri Cared Kuşnerin Kreml ilə apardığı danışıqların Rusiyada “zaman Rusiyanın xeyrinə işləyir” təsəvvürünü gücləndirməsi qorxusu var.
Avropa ABŞ-ın çəkilməsindən sonra nə edəcək?
Dr. Həzər Vural, ABŞ-ın bu addımının Avropanın müdafiə qabiliyyətinə təsirlərini və Türkiyənin mövqeyini təhlil edib. O, ABŞ-ın Avropadan əsgər çəkməyi müzakirə etməsinin çoxsahəli bir proses olduğunu vurğulayıb. Bu qərarın yalnız “öncə Amerika” şüarı ilə izah edilə bilməyəcəyini, Vaşinqtonun əsas hədəfinin Çin ilə hegemonya mübarizəsinə yönəlməsi olduğunu qeyd edib.
Avropa dövlətlərinin qısa müddətdə ABŞ-ın buraxdığı boşluğu doldura bilməyəcəyini bildirən Dr. Vural, NATO-nun 5-ci maddəsinin zəifləməsi ehtimalına da toxunub. O, Avropanın müdafiə siyasətlərini sıfırdan qurmasının asan olmadığını və NATO-ya məcbur olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər