ABŞ Alyaska kimi Qrenlandiyanı da almaq istəyir
ABŞ prezidenti Donald Tramp Danimarka krallığı ilə danışıqlar aparaq, Qrenlandiya adasını almaq niyyətindədir.
Belə bir sensasiyalı məlumat “The Wall Street Journal” qəzetində dərc olunub.
Qəzetin informasiyasına əsasən, Ağ Ev rəhbəri öz müşavirləri ilə belə bir anlaşmanın perspektivləri barədə müzakirə aparıb. Prezidenti əsas maraqlandıran adanın zəngin ehtiyatları və geopolitik əhəmiyyəti olub.
Ağ Evdəki mənbələr Donald Trampın XIX əsrdə ABŞ-ın Rusiyadan Alyasakanı aldığı kimi, Danimarka ilə də sövdələşmək istədiyini yazıblar. Müşavirlərdən bəziləri Qrenlandiyanın alınmasını iqtisadi cəhətdən məqsədyönlülüyünü, digərləri isə rəsmi Vaşinqtonun bununla Arktikadakı hərbi mövcudluğunu gücləndirə biləcəyini önə sürüblər.
Məsələnin Donald Trampın gələn ay Danimarkaya edəcəyi səfər zamanı gündəmə gətiriləciyi gözlənilir.
Qeyd edək ki, Qrenlandiya Şimali Amerikaya daxil olub, dünyada ən böyük ada sayılır. Adanın böyük hissəsi buzlarla örtülüdür və burada cəmi 56 min əhali yaşayır.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Bundan başqa bu ABŞ-ın adanı almaqla bağlı ilk istəyi sayılmır. Hələ 1946-cı ildə ABŞ prezidenti Harri Trumen Danimarkaya Qrenlandiyanı almaq müqabilində rəsmi Kopenhagenə 100 milyon dollar pul təklif edib, lakin imtina cavabı alıb. 1876-cı lidə isə ABŞ Qrenlandiya ilə bərabər İslandiyanı da almaq fikrinə düşüb.
ABŞ 1803-cü ildə Luiziana ştatını Napoleon Fransasından, Alyaska ştatını isə 1867-ci il martın 30-da isə 7 milyon dollara Rusiya imperiyasından satın almışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək