ABŞ-a müharibə xəbərdarlığı: "Hər şey edəcəyik"
“Yaxın Şərqdə hərbi gərginliyin artmasının qarşısını almaq üçün hər şey edəcəyik”.
Publika.az xəbər verir ki, bunu Almaniyanın Xarici işlər naziri Hayko Maas deyib.
Federal məclisdə İran ilə əldə olunan nüvə razılaşmasına dair təşkil olunan iclasda danışan nazir bildirib ki, nüvə razılaşması uğursuzluğa düçar olarsa, region müharibə ocağına çevriləcək.
“Yaxın Şərqdə vəziyyət kritikdir. Bölgə müharibəyə doğru gedir. Bunun üçün kiçik bir qığılcım da kifayət edər. Vəziyyət, xüsusilə, Avropanın təhlükəsizliyi üçün ağır nəticələr doğuracaq. Hərbi münaqişənin yaranmaması üçün əlimizdən gələni etməliyik. İran bu günə qədər nüvə razılaşmasına sadiq qalıb. Çoxtərəfli əməkdaşlıq burada uğur qazandı” – Maas qeyd edib.
Xarici işlər naziri ABŞ-ın bu razılaşmadan geri çəkilməsinə hələ də məna verə bilmədiyini deyib: “Təktərəfli, maksimum təzyiq mexanizminin bizi irəliyə doğru aparacağına inanmırıq. Maksimum təzyiq hər zaman istənməyən gərginliyi artırmaq riski daşıyır. Son günlərdə yaşananlar bu riskin konkret və aydın göstəricisidir. Avropa İttifaqı ölkələru nüvə razılaşması mövzusunda birgə hərəkət edir və 28 ölkə İran ilə əldə olunan razılaşmanın arxasında dayanıb. İran da öz növbəsində sazişə sadiq qalmalıdır”.
Hayko Maas Brüsseldə bazar ertəsi Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşünü xatırladıb və ABŞ ilə eyni hədəflərin arxasınca getdiklərini, lakin bunun üçün fərqli yollar seçdiklərini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ