80 minlik dələduzluğa görə 6 il cəza
Bakıda qadının külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Tural Seyidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Tural Seyidov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tural Seyidov dələduzluq yolu ilə G.İsmayılovanın külli miqdarda pulunu ələ keçirib.
G.İsmayılova torpaq almaq məqsədi ilə Seyidova 80 min manat pul verib. Lakin G.İsmayılovanın almaq istədiyi torpaq sahəsinin rəsmi sənədləri qaydasında olmadığından alqı-satqı baş tutmayıb. Bundan sonra G.İsmayılova pulunu geri ala bilməyib.
Tural Seyidov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq: külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə istintaqı dövründə zərərin bir qismi ödənilsə də zərərçəkmiş tərəf bununla razılaşmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu İcra Hakimiyyətində də əməliyyat keçirilib
İlkin Süleymanovun məhkəməsində ŞOK İFADƏ: Nərmin itən gün...
Bu türk qız Bakıda bir günə 170 min manat qazandı - FOTO
Ermənilər Los-Ancelesdə türklərin kafesinə hücum edib, dağıtdılar
Sabah da yağış yağacaq?
İranda öldürülən Nəcəfi bu videosu ilə gündəm olmuşdu...