7 milyonluq villası ilə gündəm olan kosmetoloq iş adamının həyat yoldaşı imiş - FOTOLAR
“MasterChef Türkiye” verilişinin iştirakçısı olan Güzide Mertcan bir müddət əvvəl 7 milyonluq malikanəsi ilə gündəmə gəlmişdi.
Sözügedən yemək verilişinin iştirakçısı olan Güzide Mertcan kosmetoloqdur. Onun instagramda 337 min izləyicisi var. Güzide Mertcan şəxsi hesabında evinin və yaşadığı lüks həyatından paylaşdığı foto və videolardan sonra tənqid atəşinə tutulub.
Şəxsi hesabında yaşadığı evin fotolarını paylaşdıqdan sonra gündəmə gələn Güzide Mertcan indi də həyat yoldaşının fotosu ilə gündəmə gəlib. Onun həyat yoldaşının kimliyi müzakirələrə səbəb olub.

Mustafa Mertcan kimdir?
Mustafa Mertcan 1981-ci ildə Türkiyənin Kastamonu şəhərində anadan olub. Mustafa Mertcanın atası kənddə müəllim işləyib. Daha sonralar o, qaynaqçı kimi də fəaliyyət göstərib. Mustafa Güzide ilə evlənərkən bir şirkətdə sadə bir işçi olub. Sonradan öz işini qurmağa qərar verən Mustafa Mertcan simulyatorlar istehsal etməyə başlayıb.

Uzun illər üzərində işlədiyi simulyatorları ilk dəfə 2009-cu ildə bazara çıxarıb. Mustafa Mertcan qurucusu olduğu Dof Robotik şirkətini 40-dan çox ölkədə tanıdıb. Verilişdə hazırladığı iddialı yeməkləri ilə də bilinən Güzide Mertcan ilə Mustafa Mertcanın 3 övladları var.
Turan Oruc
Musavat.com






Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduro İslam dinini qəbul edə bilər
Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı
ABŞ “terrorçulara qarşı əməliyyat” adı ilə 1600 sivili öldürüb
Putin Trampın yalanını ifşa etdi