6 homoseksualı öldürən kişi edam edildi - Hamısının boğazına öz imzasını çəkib
ABŞ-da daha bir cinayətkar edam edilib.
Minval.info Milli.Az-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatındakı həbsxanada saxlanılan 57 yaşlı Gary Ray Bowles ölümcül inyeksiya ilə edam olunub.
1 nəfərin ölümünə görə həbs olunan Gary Ray Bowles sonradan 6 nəfəri öldürdüyünü etiraf edib. O, ABŞ-ın 3 ştatında ( Florida, Merilend və Corciya ) 8 ay ərzində silsilə qətllər törədib.
Onun öldürdüyü 6 nəfərin hamısı homoseksual olub. Gary bu cinayətləri qəsdən törədib, öldürdüyü şəxslərin boğazına öz imzasını çəkib və onların ağzına tualet kağızı, dəsmal və ya seks oyuncağı salıb.
Fox 35 yazır ki, o, axşam saat 10:58-də edam olunub. Gary edam olunmazdan əvvəl fri, çizburqer və donuz əti yeyib.
Qeyd edək ki, Gary 1979-cu ildən bu vaxta qədər Floridada edam edilən 99-cu məhkumdur.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək