Yeni təhsil naziri təyin edildi: Ölkə başçısından SƏRƏNCAMTəhsil naziri Ceyhun Bayramov “Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” əmr imzalayıb.

Minval.info-nun  məlumatına görə, nazirin əmrinə müvafiq olaraq, 2018-2019-cu dərs ilində də ümumtəhsil məktəbinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünəcək:

birinci yarımil – 15 sentyabr – 26 yanvar;

ikinci yarımil – 1 fevral – 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

5 gün payız tətili (16-20 noyabr);

5 gün qış tətili (27-31 yanvar);

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).