50 dollara görə 36 il həbsxanada yatdı
Kiçik oğurluq hadisəsi ABŞ vətəndaşına çox baha başa gəlib. O, 50 dollara görə ömrünün 36 ilini həbsxanada keçirib.
Bizimyol.info xəbər verir ki, Alabama ştatında yaşayan Elvin Kennard bir səhvə görə böyük cəzaya layiq bilinib. Amerikalı 50 dollar oğurladığına görə ömürlük həbs cəzası alıb.
Elvin ilk dəfə 1979-cu ildə cinayət törədib. Ona iki oğurluğa görə şərti cəza veriblər. Ştat qanunvericiliyinə görə, üçüncü cinayət bağışlanmaz sayılır. Dörd il sonra Kennard üçüncü cəhdində 50 dollar oğurlayıb. Beləcə, ömürlük cəzaya məhkum olunub.
Hakim Cefferson bu il onun işinə bir daha göz yetirib və 58 yaşlı kişini azadlığa buraxmaq qərarına gəlib. Kennard bu xəbərdən çox sevinib və ona daha bir şans verənlərin peşman olmayacağını söyləyib. Sənədlər hazırlanır, Elvin yaxın günlərdə azadlığa qovuşacaq.
Nevada ştatında buna bənzər başqa hadisə baş vermişdi. Amerikalı qadın günahsız 35 il həbsxanada keçirib. Ona 3 milyon dollar kompensasiya veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İnterpolun axtardığı azərbaycanlı Ukraynada tutuldu
Şəmkirli biznesmeni öldürməkdə şübhəli bilinən şəxsin fotosu – VİDEO
Qızını Adnan Oktardan xilas edə bilməyən general atanın fəryadı
“Dayı”dan dəhşətli əməl: 5 yaşlı qızı saatlarla zorladı - TƏFƏRRÜAT
Gürcüstanda toy və yas mərasimləri müvəqqəti qadağan oluna bilər