İsraildə 5 yaşlı uşağı duşa bağlayaraq işgəncə veriblər. Musavat.com bu barədə haberler.com-a istinadən xəbər verir.

Məlumata görə, İsrail polisi evlərin birində duşa bağlanmış halda tapdıqları 5 yaşlı qız uşağına işgəncə verilməsi ilə bağlı məlumat yayıb.

Polislər ətrafda yaşayan insanların şikayəti əsasında, 5 yaşlı qız uşağını İsrailin Lod bölgəsində yerləşən bir binada yerləşən mənzildə, ağır vəziyyətdə tapıblar.

Əl və ayaqları bağlı olan qızın bədəni əziklər içində olub. Onun tapılan zaman bədəni bütünlüklə nəcis içərisində olub. Şəxsiyyəti məlum olmayan qızcığazın kimlik məlumatları ölkənin Daxili İşlər Nazirliyində də olmadığı üzə çıxıb.

Araşdırmalar nəticəsində məlum olub ki, uşağın atasının iki arvadı var. Onun bu qadınlardan birlikdə 16 uşağı dünyaya gəlib. Hadisədə şübhəli bilinən ata və onun ikinci dəfə ailə qurduğu qadın polis tərəfindən saxlanılıb.

İsrail'de iğrenç istismar: 5 yaşındaki çocuk duşa bağlanmış halde bulundu

Ötən həftənin çərşənbə günündə keçirilən məhkəmə prosesində uşağın anasının Küveyt vətəndaşı olduğu məlum olub. Məhkəmə tərəfindən həbsinə qərar verilən ananın ölkəyə qaçaq yollarla gəldiyi üzə çıxıb.

Səlahiyyətli şəxslərin verdiyi açıqlamalara görə, 5 yaşlı qız uzun zamandır valideyn qayğısından uzaq olub və dəfələrlə işgəncələrə məruz qalıb. Ana və 51 yaşında olan ata “uşaq istismarı”, “müdafiəsiz uşağa işgəncə etmə” maddələri ilə azadlıqdan məhrub ediliblər. Bundan başqa, onların 2, 3 və 4 yaşında olan digər uşaqlarının bütün sənədlərinin qaydasında olduğu halda, 5 yaşlı həmin qızın heç bir sənədi olmayıb.

Daxili İşlər Naziriliyinin əməkdaşının yerli KİV-lərə verdiyi açıqlamaya görə, cani atanın ilk arvadından 12 uşağı olub. Bundan sonra evli olduğu ilk həyat yoldaşı ölkə xaricinə qaçıb. Ardından başqa bir qadınla evlənən kişi, iki il öncə yeni həyat yoldaşına İsraildə qalmaq haqda icazə almaq üçün ölkənin müvafiq qurumlarına müraciət edib. Lakin qanunlara zidd olduğu üçün onun bu istəyi baş tutmayıb.

Polisin bildirdiyinə görə, ata qızını duşa möhkəm bağlayaraq, evin elektrik enerjisini kəsib. Günlərlə qapısı bağlı hamamda, əlləri və ayaqları bağlı şəkildə qalan qızcığazı polislər xilas ediblər. Onların sözlərinə görə, cani ata uşağın qollarını o qədər bərk bağlayıbmış ki, ipləri kəsən zaman bir xeyli çətinlik çəkiblər.