5 yaşlı qız atasının doğum günündə FACİƏVİ şəkildə öldü
Türkiyənin Mərsin şəhərində 5 yaşlı qız atasının doğum günündə ölüb.
Milli.Az xəbər verir ki, hadisə Mərsində yerləşən restoranların birində baş verib. Məlumata görə, ata ailəsi ilə birlikdə doğum gününü qeyd etmək üçün restorana gedib. Yemək yedikdən sonra qızları, Duyqu (15 yaş) və Duru (5 yaş) oyun oynamaq üçün restoranın oyun meydançasına gediblər.
Bir müddət sonra bacısının hərəkətsiz qaldığını görən Duyqu dərhal anasına xəbər verib. Uşağın yanına gələn valideynlər 5 yaşlı qızlarının öldüyünü görüblər. Bildirilir ki, uşağın ölümünə oyuncaqdakı elektrik cərəyanı səbəb olub. Valideynlər qızlarının sol əlinin yandığını və göy rəngdə olduğunu bildiriblər.
Restoran sahibləri təqsirkar olduqlarını qəbul ediblər.
Faktla bağlı cinayət işi açılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək