5-ci sinif şagirdləri 8 yaşlı uşağın üstünə benzin töküb yandırdılar
Rusiyanın Nijeqorod şəhərində qeydə alınmış hadisə bütün Rusiya məktəblərinə həyəcan təbili olub.
Bizimyol.info Rusiya mediasına istinadən xəbər verir ki, məktəbin 5-ci sinif şagirdlərindən biri məktəbə əlində benzin dolu qabla gəlib. Daha sonra o tənəffüsdə məktəbdən kənarda oynayan 8 yaşlı uşağın üstünə benzin tökərək ona od vurub. Uşağın yandığını görən xuliqanlıq etmiş beşinci sinif şagirdləri kömək eləmək əvəzinə öncə gülüb, sonra onu tək buraxıb qaçıblar.
Yanan uşağın köməyinə yoldan keçənlər çatıblar. Onun əl və ayaqlarının ağır yanıq xəsarəti aldığı bildirilir.
Aparılan araşdırmalar nəticəsində insidenti yaradan uşaqlar aşkarlanıblar. Məktəb direktorunun dediyinə görə, 8 yaşlı uşağı yandırmaq ideyası verən şagird əslində pis uşaq deyil, sadəcə heç kimin ağlına onun bu dərəcədə amansız ola biləcəyi gəlməyib. Hazırda məsələ ilə bağlı valideynlər istintaqa cəlb olunublar. Araşdırma gedir. Hadisəni törədən uşaq verdiyi ifadədə bunu əyləncə xatirinə etdiyini bildirib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
