300 kilo heroinlə tutulan azərbaycanlı sərbəst buraxıldı - Video
Kiyevin Peçer rayon məhkəməsi 300 kiloqram heroinlə tutulan beynəlxalq narkotik ticarətçiləri dəstəsinin azərbaycanlı üzvü haqda ev dustaqlığı qərarı çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbərinin birinci müavini Vyaçeslav Abroskin sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşı elə məhkəmə zalındaca sərbəst buraxılıb. Ona ancaq gecələr yaşayış yerini tərk etmək qadağan edilib. “Lakin ev dustaqlığı müddətində harada yaşayacağını heç özü də bilmir” deyə Abroskin qeyd edib.
Dəstənin digər dörd üzvü – Türkiyə vətəndaşları isə həbs ediliblər. Onları 154 mindən 10,7 milyon qrivenə qədər pul müqabilində azadlığa buraxıla bilərlər.
Bununla yanaşı, Abroskin qeyd edib ki, müsadirə edilən narkotikin dəyəri ümümi girov məbləğindən 24 dəfə çoxdur: “Ukrayna Milli Polisi bir neçə gün əvvəl beynəlxalq narkotacirlərdən qara bazarda dəyəri 660 milyon qriven olan xüsusi təhlükəli narkotik – 300 kilo heroin müsadirə edib. Saxlanılan beş nəfərin ümumi girov məbləği isə 27 milyon qrivendir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazir Ramiz Zeynalovun bacısı oğlunu İŞDƏN ÇIXARDI
Tovuzdan son xəbər: Dondar Quşçu bombalanır - VİDEO, YENİLƏNDİ
Vüqar Səfərli dövlətə vurduğu ziyanın 100 min manatını ödədi
Bakıda ər 4 uşaq anasını vəhşicəsinə öldürdü - TƏFƏRRÜAT - VİDEO
Həbs edilən şəxs “Yeniavaz”ın əməkdaşıdır? - Açıqlama
Oğlu və qardaşı oğlu tutulan deputatla bağlı yeni sensasion bilgilər