07.07.2018 - 01:02
Foto 1 baxış

3 gün çılpaq pozda fotosessiya etdirdi - Fotolar

Belçikalı model Marisa Papen yenə soyunaraq gündəmə gəlib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, daha öncə Karnakda (Misirdə qədim kənd) çılpaq fotosessiya etdirdiyi üçün Misir polisi tərəfindən saxlanılan model bu dəfə “Ağlama divarı”nda (Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları) yeni şəkillər çəkdirib.

İsrail dövlətinin 70-ci ildönümü münasibəti ilə 3 gün Tel-Əviv və Qüdsdə çılpaq pozlar verən 26 yaşlı Marisanın şəkillərinin müəllifi fotoqraf Mathias Lambrecht olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: