07.07.2020 - 14:34
Dünya
14 baxış
276 qanunsuz miqrantın olduğu gəmi Türkiyədə saxlanıldı
Türkiyənin İzmir bölgəsinin sahillərində 276 qanunsuz miqrantın daşındığı gəmi ölkənin Sahil Mühafizə Xidməti tərəfindən saxlanılıb.
“Qafqazinfo” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, əksəriyyəti Əfqanıstan, İran, Banqladeş, Somali, Mərkəzi Afrika Respublikasından gələn qaçqınlar qanunsuz yolla Türkiyədən keçərək Avropa ölkələrinə daxil olmaq istəyiblər. Əməliyyat nəticəsində, 46 qadın və 59 uşağın da olduğu gəmi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Səkkiz nəfər qanunsuz insan daşınmasının təşkili ittihamı ilə həbs edilib. Miqrantların bəzilərində tənəffüs problemlərinin olduğu bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
20.10.2026 - 12:34
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
20.10.2026 - 12:24
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
20.10.2026 - 11:34
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
20.10.2026 - 10:44
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
19.10.2026 - 17:34
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
19.10.2026 - 17:14
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
19.10.2026 - 16:44