23.09.2022 - 14:10
Video 4 baxış

27 il sonra Rusiyada tapdığı qardaşı onu evinə buraxmadı - VİDEO

ARB telekanalında yayımlanan “Səni axtarıram” verilişinin ötən günkü buraxılışında təəccüblü anlar yaşanıb. 

BAKU.WS xəbər verir ki, Quba sakini olan Gülnaz adlı xanım itkin düşdüyü deyilən qardaşını tapmaq üçün proqrama müraciət edib.

Onun 27 ildir itən qardaşı Rusiyada tapılıb. Gülnaz çəkiliş heyəti ilə birlikdə qonşu ölkəyə yollanıb. Qardaşı Səfərlə görüşən bacısı gözləmədiyi hadisə ilə qarşılaşıb.

Belə ki, 27 il sonra tapdığı qardaşı Səfər onu evinə buraxmayıb. O “Nəvəm evdədir, yatıb” deyərək bacısını evinə qoymayıb.

Daha sonra Gülnaz qardaşını onunla Azərbaycana gəlməsini və ata-anasının məzarını ziyarət etməsini xahiş edib. O isə burada ailəsi, nəvəsi olduğunu və Azərbaycana gələ bilməyəcəyini deyib.

Sözügedən görüntülər studiyada nümayiş olunub. Verilişdə iştirak edən ekspertlər baş verənlərə qarşısında təəccübləniblər. Onlar Səfərin arvadından qorxaraq bu addımı atdığını bildiriblər.

Ətraflı videoda:

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: