21-ci turun bütün oyunları eyni gündə - Azərbaycan Premyer Liqası
Topaz Premyer Liqasında 21-ci turun oyunları martın 15-i keçiriləcək.
Minval.info xəbər verir ki, buna səbəb isə 21 mart tarixində Azərbaycan milli komandasının Avro-2020 seçmə mərhələsində Xorvatiya milli komandası ilə qarşılaşmasıdır.
Turun ilk iki oyunu saat 16:00-da baş tutacaq. Masazırda ardıcıl keçirdiyi son 2 oyunda meydanı başı aşağı tərk edən “Sabah” “Gənclər” şəhərinin təmsilçisinə qarşı mübarizə aparacaq.”Sumqayıt”ın da durumu xeyli gərgin olduğuna görə, bu komandaların hər biri 3 xal qazanmaq üçün çalışacaq.
Həmin saatda “Zirə” son tur “Sabah” üzərində inamlı qələbə qazanmış “Keşlə”ni qəbul edəcək. “Zirə” və “Keşlə”nin 19 xalı var 6-7-ci yerləri bölüşdürürlər.
Saat 16:45-də Bayılda “Səbail” son tur liderlik mübarizəsində xal itirmiş “Qarabağ”ı qəbul edəcək. Hər iki rəqib meydana iddialı çıxacaq.
Turun son qarşılaşması “Bakcell” arenada vahid lider “Neftçi” “Qəbələ”ni qəbul edəcək. “Flaqman” yalnız 3 xalı əldə etmək üçün mübarizə aparıb turnir cədvəlindəki yerini qorumağa çalışacaq.
15 mart (cümə)
“Sabah” – “Sumqayıt”
“Əlincə Arena”, 16:00
“Zirə” – “Keşlə”
Zirə İdman Kompleksinin stadionu, 16:00
“Səbail” – “Qarabağ”
“Bayıl Arena”, 16:45 (CBC Sport/canlı)
“Neftçi” – “Qəbələ”
“Bakcell Arena”, 19:00 (CBC Sport/canlı)
Ağa Dadaşzadə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədən qələbə, Fransa, İngiltərədən darmadağın - Videolar
Millimizin üzvü pornovideoya görə boykot edilir
“Yuventus”un baş məşqçisi istefa verdi
Məmurlarla jurnalistlər futbol oynadı
"Real Madrid" "El Klasiko"ya əsas oyunçusuz çıxacaq
"Hamı deyir ki, penalti var idi" - Xames Rodriqes