19 yaşlı hücumçu Çempionlar Liqasında yeni rekod müəyyənləşdirib
Avstriya “Zaltsburq”unun futbolçusu Erlinq Holand Çempionlar Liqasının rekordçusu adına yiyələnib.
“Report”un məlumatına görə, norveçli hücumçu buna qrup mərhələsinin ardıcıl 3 turunda 6 qol vurmaqla nail olub. 19 yaşlı forvard son olaraq, İtaliya “Napoli”si ilə görüşdə (2:3) “dubl” edib. O, ilk turda Belçika “Genk”ini 3, növbəti turda isə İngiltərə “Liverpul”unu 1 dəfə məyus edib.
Əvvəlki rekord Didye Droqbaya məxsus olub. Kot dİvuarlı forvard Fransa “Marsel”ində çıxış etdiyi vaxt 2003/2004 mövsümündə ilk 3 tur ərzində 5 dəfə fərqlənib.
Qeyd edək ki, Erlinq Holann Polşada 20 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatında bombardir olduqdan sonra məşhurlaşıb. O, yalnız bir görüşdə – Hondurasa 12:0 hesabı ilə qalib gəldikləri matçda 9 qol vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı