Azərbaycanlı gənc musiqisi və klipi ilə Rusiyada diqqət mərkəzinə düşüb.
Minval.info xəbər verir ki, 19 yaşlı həmvətənimiz Şəmsi Əliyev qonşu ölkədə tələbəlik həyatı yaşayır. O, Rusiyanın Krasnodar şəhərində konservatoriyada ödənişsiz olaraq musiqi təhsili alır.
Həmvətənimiz həmçinin musiqi bəstələyir və özünə “Sem Alive” ləqəbini götürüb.
“Я забыл обо всём” (Mən hər şeyi unutdum) mahnısına smartfon telefonla keyfiyyətli klip ərsəyə gətirən Şəmsi xanım həmkarı ilə duet oxuyub. Dünən “Youtube” portalına yerləşdirilən videoya gələn rəylərdə qonşu ölkənin vətəndaşları Əliyevin işini bəyəndiyini qeyd edib və ona uğurlar arzulayıb.
Şəmsi Bakıda dünyaya gəlib və Binəqədi rayonunda yerləşən 143 nömrəli tam orta məktəbi bitirib.


































