18 il əvvəl lotereyada milyonçu olan başqırd ailə milyonları hara xərclədi... - Foto
2001-ci ildə Rusiyada Məhəmmədzyanovlar ailəsi çox məşhurlaşmışdı. Zarafat deyil, lotereyada milyonlar udmuşdular. Bəs başqırd ailə milyonları hara xərclədi?
Bizimyol.info xəbər verir ki, indi həmin xoşbəxt ailədən heç nə qalmayıb. Nadejda Məhəmmədzyanova o sevincli gündən 5 il sonra vəfat edib. Onun həyat yoldaşı isə yoxsul həyatı sürür.
Niyə belə oldu? Niyə 29 milyon rublu qoruya bilmədilər? Axı o dövrün meyarlarına görə söhbət təxminən 1 milyon dollardan gedirdi.
Məhəmmədzyanovlar özləri də anlamadı ki, milyonlar nə tez əridi. Uzun illər kasıb yaşamışdılar. Əllərinə pul düşən kimi yeni mənzil, avtomobil aldılar. Yaşlı valideynləri də unutmadılar, onların da təzə evi oldu. Amma qohum-əqrəbadan qaçmaq mümkün deyildi. Başqırd ailənin evinin qonaqsız günü olmurdu. Az qala hamı borc istəyirdi. Bir tərəfdən də əyyaşlıq. Bir gün gözlərini açıb gördülər ki, ciblərində siçanlar oynayır. Nadejda yenidən yoxsulluğa hazır deyildi…

Statistika göstərir ki, lotereyada uduş hər adama, ailəyə xoşbəxtlik gətirmir. Hər şeydən əvvəl pullardan düz istifadə etməyi bacarmaq lazımdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
