17 gün meşədə tək qaldı, həşəratlarla qidalandı – Foto
Havay adalarından sayılan Mauidə 17 gün əvvəl itkin düşmüş qadını tapıblar. Amanda Eller axırıncı dəfə oradakı meşə qoruğuna haykinq məqsədi ilə getmişdi.
Minval.info bizimyol.info-ya istinadən xəbər verir ki, ondan xəbər çıxmayanda yerli icra strukturunun nümayəndələri axtarışa başlayıb. Əvvəlcə Amandanın avtomobilini aşkar ediblər. Maşında telefon, pulqabı və su şüşəsini görüblər. Asvtomobilin açarı da ön oturacağın altında gizlədilibmiş.
Amandanın valideynləri genişmiqyaqsı axtarış tədbirləri təşkil ediblər. Elleri tapana 10 min dollar mükafat da vəd olunub. Sonradan məbləğ 5 dəfə artırılıb.

Amandanı itkin düşəndən 17 gün sonra tapıblar. O, avtomobilindən 6 km aralıda çıxılmaz vəziyyətdə qalıbmış. Günəş şüaları qadını möhkəm yandırıb, ayaqqabılarını itirib, üstəlik, ayağının biri sınıb. Onu təcili xəstəxanaya çatdırıblar.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Amanda qoruqda azdığını deyir. Qadın cığırla maşınına tərəf qayıtmağa çalışıb, əksinə, bir az da uzaqlaşıb, azıb. Bu müddətdə xeyli arıqlayıb. Amanda hətta həşərat yeməyə də məcbur olub. Eller palçıqda yatdığını, gecə üstünü yarpaqlarla örtdüyünü danışır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
