16 yaşlı oğlan anasını, bacısını və nənələrini baltaladı - VİDEO
Məktəbli bütün ailə üzvlərini öldürdükdən sonra intihar edib.
Minval.info twnews-a istinadla xəbər verir ki, dəhşətli hadisə bazar günü Rusiyanın Ulyanovsk vilayətinin Patrikivo qəsəbəsində baş verib.
16 yaşlı Timur Kimaletdinov Marina adlı anasını, iki azyaşlı bacısını və nənələrini baltaladıqdan sonra canına qəsd edib.
Məktəbin çalışqan şagirdi olan Timurun belə dəhşətli cinayət törətməsi müəllimlərini və sinif yoldaşlarını şoka salıb. O, bir neçə bilik olimpiadasında birinci yer tutub.
O, ailə üzvlərini qətlə yetirdikdən sonra telefon xətləri üçün qurulan qüllədən özünü atıb. Timur özünü öldürməzdən əvvəl mətbəxə stolun üstünə üzərində “təəssüf” sözü yazılan kağız parçası da qoyub. O, ailə üzvlərini öldürdükdən sonra dostuna səsli mesaj göndərib.
“Onları öldürmək asan oldu”
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Dostun dediyinə görə, o, ailə üzvlərini paxıllıqdan öldürüb. Belə ki, atasız böyüyən Timur digər ailə üzvlərinin ona sevgi göstərməməsindən hiddətlənib və onlara nifrət bəsləyib.
Dəhşətli hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək