16 yaşlı Namiq Qazaxıstanda faciəvi şəkildə öldü
Qazaxıstanın Kostanay şəhərinin regional uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov dünyasını dəyişib.
“Qafqazinfo”nun “Kazakhstan Today”ə istinadən verdiyi xəbərə görə, yeniyetmənin üzərinə iyunun 28-də futbol meydançasında darvaza aşıb.
Xəstəxanaya yerləşdirilən Şirinova həkimlər qaraciyərin yırtılması və güclü retroperitoneal hematom diaqnozu qoyublar.
Bu gün o, paytaxt Nur-Sultanda özəl klinikaya yerləşdirilməli imiş. Lakin keçirdiyi 5 əməliyyata baxmayaraq həyatını itirib.
N. Şirinov dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. Şəhərin bələdiyyə rəhbəri Kayrat Ahmetov cənazənin Bakıya gətirilməsi üçün bütün xərcləri öz üzərinə götürüb.
Qeyd edək ki, faktla bağlı “səhlənkarlıq” maddəsi üzrə cinayət işi açılıb. İstintaq davam etdirilir.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək