16 yaşında milyonlar uddu, başına gəlməyən qalmadı - Fotolar
Böyük Britaniyada yaşayan 32 yaşlı Kalli Rocers adlı qadının 2003-cü ildə lotoreyadan 2,6 milyon dollar qazandıqdan sonra başına gələn qalmayıb.
“Qafqazinfo” xarici KİV-ə isitnadən xəbər verir ki, əlinə keçən iri məbləği düşünmədən xərcləyən Kalli yoxsul günlərinə geri qayıdıb. 16 yaşında şansı üzünə gülən gənc qız lüks həyata başlayıb, dostlarına, ailəsinə bahalı hədiyyələr bağışlayıb, özü isə sinə əməliyyatı etdirib. Lotoreyanı qazandıqdan sonra onu övladlığa götürən valideynlərinin yanından gedən Kalli aylıq kirayə haqqı 18 min pound olan evə köçüb. Daha sonra isə uşaqlarının atası ilə tanış olub.
Ancaq Kalli gerçək və saxta dostlarını bir-birindən ayıra bilmədiyindən ondan böyük məbləğdə borc istəyən dostlarının heç birinə “yox” deməyib. Lakin tanışları gənc qızdan aldıqları pulu götürərək aradan çıxıblar.
“Məndən maşın pulu belə istəyən oldu. Onlara kömək eldəim, ancaq mənim uşaq olmağımdan sui-istifadə etdiklərini indi başa düşürəm”, – deyə Kalli bildirir.
Hazırda Kalli pul qazanmaq üçün marketlərdə işləyir, dayəlik edir. Hazırda onun illik gəliri 12 pounddur. Gənc qadın başına gələnlərdən dərs çıxararaq lotoreya oynama yaşının 16-dan 18-ə artırılması ilə bağlı çağırış edib.






ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək