15 ölkə 2020-ci ildə ortaq valyutaya keçəcək
Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) üzvü olan ölkələr ortaq valyutadan istifadə üçün hərəkətə keçib.
Ortaq Valyuta Komissiyasının sədri Jan-Klod Brou üzv ölkələr arasında ortaq valyutadan istifadəyə keçid məqsədilə hazırlanan ilkin layihələrlə bağlı iyun ayında genişmiqyaslı toplantı keçiriləcəyini deyib.
“Toplantıya üzv ölkələrin Mərkəzi Bank sədrləri, İqtisadiyyat və Maliyyə nazirləri ilə bölgədə fəaliyyət göstərən firmalar qatılacaq. Bu valyuta ortaq bazar və rahat səyahət baxımından da əhəmiyyətli olacaq”-, sədr qeyd edib.
Ortaq valyuta sisteminin 2020-ci ildə üzv ölkələrin dövlət başçıları tərəfindən təsdiq olunması gözlənilir.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Qeyd edək ki, ECOWAS 1975-ci ildə 15 Qərbi Afrika ölkəsi tərəfindən bölgədə iqtisadi inteqrasiyanı inkişaf etdirmək məqsədilə yaradılıb. Birliyə Nigeriya, Seneqal, Mali, Toqo, Qvineya, Qana, Qambiya, Fildişi Sahili, Kabo Verde, Liberiya, Burkina Faso, Sierra Leon və Benin daxildir. (Publika.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək