15 il zirzəmidə şouya hazırlaşdı - Milyonçu oldu
35 yaşlı hamburqlu vəkil Yan Strox “Kim milyonçu olmaq istəyir?” verilişinin daimi fanatlarından biridir.
“Qafqazinfo” xəbər verir ki, verilişin alman versiyası yayımlanmağa başlayandan Yan 1407 verilişin bir buraxılışını belə qaçırmayıb. O hətta 20 yaşından etibarən evinin zirzəmisində proqram studiyası quraraq hər həftə yarışma keçirib. Səs effektlərinədək təqlid edən Strox hər həftə dostlarını “veriliş”inə dəvət edərək yarışmanın suallarını öyrənməyə başlayıb. O hər dəfə yarışmaya müraciət etsə də, hər dəfə imtina ilə üzləşib.
Ancaq şounun 20 illiyi münasibətilə Yan verilişə dəvət olunub və yarıçmanın əsas mükafatını qazanaraq milyonçu olub.
“Mən, demək olar ki 16 ilimi itirdim. Ancaq eyni zamanda da qazandım”.
Milyonçu Yan vəkil kimi fəaliyyətindən imtina etmək fikrində deyil. O, qazandığı pulla geyimlər alacaq, zirzəmidəki studiyasını təmir edəcək və pulun bir qismini də xeyriyyəyə sərf edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək