75 yaşlı Məhəmməd məscidə hücum edən 21 yaşlı terrorçunu tərksilah etdi - FOTOLAR
Moderator.az xəbər verir ki, bu haqda yerli “Geo TV” məlumat yayıb. Ən-Nur məscidinin rəhbəri İrfan Muştakın sözlərinə görə, dəbilqə və kamuflyaj geymiş 21 yaşlı cinayətkar ibadətgaha daxil olan məqamda 75 yaşlı ağsaqqal Məhəmməd Rafiq namaz salonunda əyləşib. Pakistan hərbi hava qüvvələrinin keçmiş zabiti olan ağ saçlı baba o anlarda Quran oxuyurdu. Ancaq ahıl müsəlman bir neçə saniyə ərzində silahlı cinayətkarın davranışlarına reaksiya verib. Məhəmməd Rafiq dərhal Filip Manşausun üzərinə atılıb və terrorçunun hər hansı bir möminə atəş açmasına macal vermədən onu tərksilah edə bilib. Beləliklə, 75 yaşl müsəlman özündən başqa bir neçə digər insanın da həyatını xilas edib. Terrorçu ilə əlbəyaxa olan zaman o, əli ilə keçmiş zabitin yalnız göz nahiyəsini yaralaya bilib.

Norveç hakimiyyəti fədakarlığına görə 75 yaşlı müsəlmana minnətdarlıq edib.
Xatırladaq ki, avqustun 10-da Oslo yaxınlığındakı Berum şəhərində 21 yaşlı Filip Manşaus məscidə daxil olaraq atəş açıb. Hücum nəticəsində 1 nəfər yaralanıb. Islamofob ideologiyaya malik olduğu söylənilən terrorçu həbs edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
