123 otaq, gecə klubu, şərab kolleksiyası... - Hamısı bir malikanədə - Fotolar
ABŞ-ın Los-Anceles şəhərindəki malikanələrdən biri 119,7 milyon ABŞ dollarına satılıb.
“Qafqazinfo”nun “Los Angeles Times”a istinadən məlumatına görə, “Candyland” adlı malikanə 1991-ci ildə ABŞ prodüseri Aaron Spellinq və onun ailəsi üçün tikilib. Binanın sonuncu sahibi – Petra Ekklstoun 2011-ci ildə onu 85 milyon ABŞ dollarına almış və təmir etdirmişdi.
Malikanədə 123 otaq var. Burada 14 yataq otağı, 27 sanitar qovşağı, gümüş saxlanılması üçün otaq, şərab kolleksiyası, kitabxana, spa mərkəzi, trenajor zalı, hovuz, boulinq, gecə klubu, bar, 2 qonaq otağı, eləcə də konfrans və danışıqlar aparmaq üçün zal yerləşir.
Ərazidə tennis kortu, futbol meydançası, açıq hovuz, istirahət zonası, qaraj, həmçinin, çox sayda ağac, kol və bağ heykəlləri var.
Xatırladaq ki, buna qədər ABŞ-da ən bahalı penthaus 238 milyon ABŞ dollarına satılmışdı.













ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək