11 Sentyabrın təşkilatçısı məhkəmə qarşısında - Şok faktlar açıqlandı
2001-ci ilin 11 Sentyabrında ABŞ-a qarşı həyata keçirilən terror hücumunun memarı Xalid Şeyx Məhəmməd 20 ildən sonra məhkəmə qarşısına çıxarılır.
Teleqraf.com xəbər verir ki, Şeyx Məhəmməd və Quantanamo həbsxanasında saxlanılan 4 şəxsi 2021-ci ilin 11 yanvarında hərbi məhkəmə mühakimə edəcək.
Bu şəxslər hərbi cinayətdə, terrorizmdə və 3 min insanın qətlində ittiham olunur.
Məhkəmə prosesi ilə 2001-ci ilin 11 Sentyabrında Nyu York, Vaşinqton və Pensilvaniyada həyata keçirilən qanlı terror hadisələri ilə əlaqədar olaraq Quantanamo həbsxanasında saxlanılan terrorçuların ilk dəfə ədalət qarşısına çıxarılması baş verəcək.
Qeyd edək ki, Şeyx Məhəmməd 2003-cü ildə Pakistanda saxlanılıb və dərhal Quantanamo həbsxanasına gətirilib. 16 ildir həbsdə olan Məhəmmədin məhkəmə önünə çıxarılması dəfələrlə təxirə salınıb. 11 Sentyabr terrorunun memarı kimi tanınan Şeyx Məhəmmədin “şəhid olmaq məqsədilə” günahkar olduğunu qəbul etmək istədiyi deyilir.
Pentaqon bir neçə il əvvəl elan etmişdi ki, 11 Sentyabr hücumlarında A-dan Z-yə qədər cavabdeh şəxs Xalid Şeyx Məhəmməd olub.
İddia edilir ki, Şeyx Məhəmməd bir sıra terror hadisələrində fəal rol oynayıb. 2002-ci ildə İndoneziyada bir gecə klubunun bombalanması, 1993-cü ildə Dünya Ticarət Mərkəzinin vurulması bu sıradadır.
ABŞ-ın bir qrup hüquqşünası ifadə və etirafların işgəncə altında alındığını əsas gətirərək məhkəmə tərəfindən onların qəbul edilməyəcəyini qeyd edirlər.
Şeyx Məhəmməd Quantansmo həbsxanasında işgəncələrə məruz qaldığını bəyan edib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuata sızan qeydlərində də Şeyx Məhəmmədin boğulma təsiri yaradan işgəncə maşınından 183 dəfə keçirildiyini isbatlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ ordusunda transseksuallar xidmət edəcəklər
Azərbaycan və ABŞ-ın cinayət "kraliça"ları (FOTOLAR)
Baş prokurorun 22 yaşlı nəvəsi narkotikdən ölüb
10 min sözdən rep yazan tələbə elmi dərəcə aldı - Foto
Türkiyənin ilk dəfə üzə çıxardığı silahlar qonşularını QORXUYA SALDI
“Frans Press” səfirimizin müsahibəsini yaymaqdan imtina etdi
Türkiyədə eşidənləri şoka salan boşanma iddiası